"Mançester Yunayted" və "Atletiko Madrid" arasında transfer mübadiləsi baş tuta bilər. 

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "matrasçılar"ın cari mövsümü "Barselona"da icarəyə keçirən futbolçusu Joau Felikslə maraqlanır. Klub portuqaliyalı hücumçu qarşılığında Meyson Qrinvudu İspaniya təmsilçisinə təklif etmək istəyir.

Bu barədə "Daily Star Sport" nəşri məlumat yayıb.